METBUAT.AZ

Dünya

Avropa İttifaqı Ukraynaya yardımı artırır

6 okt 2023 17:42

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Avropa Siyasi Birliyinin Qranadada keçirilən Sammitində bildirib ki, Aİ Ukraynaya maliyyə və hərbi yardımı artırıb.

Metbuat.az xəbər verir ki, o bəyan edib ki, Avropa İttifaqı Ukraynaya yardımı artırsa da, bu məsələdə ABŞ-ı əvəz edə bilməz.

“AB şübhəsiz ki, ABŞ-ı əvəz etməyəcək. Avropa indi yardımı artırır. 50 milyard avro iqtisadi yardım və 20 milyard avro hərbi yardım ayırmaq təklifi var".


metbuat.az.