METBUAT.AZ

Dünya

Avropadan etiraz -

18 okt 2023 12:32

Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen İsrailin Qəzzada Əl-Əhli Baptist xəstəxanasına hücumla bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, mülki vətəndaşlarla dolu xəstəxananı vurmağın heç bir bəhanəsi yoxdur. "Dünən Qəzzada yüzlərlə yaralının sığındığı xəstəxana cəhənnəmə çevrildi. Əl-Ehli Baptist xəstəxanasındakı görüntülər dəhşətli və kədərlidir. Mülki vətəndaşlarla dolu xəstəxananı vurmağın heç bir bəhanəsi yoxdur. Bütün faktlar üzə çıxarılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir” - Ursula von der Leyen deyib.

Qeyd edək ki, Avropa Parlamentinin Baş Assambleyasında İsrail-Fələstin münaqişəsi ilə bağlı sessiya keçirilib. Sessiyada Attifaqı Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell iştirak ediblər.


metbuat.az.