METBUAT.AZ

İqtisadiyyat

Azad olunmuş ərazilərin bərpasına xərclər 1,7 dəfə artıb

14 okt 2023 13:23

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 23214,5 milyon manat və ya 9 aylıq proqnoza qarşı 0,6 faiz çox icra edilib.

Bu barədə Metbuat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsi xərclərinin 14118,4 milyon manatı və ya 60,8 faizi cari xərclərə, 8382,4 milyon manatı və ya 36,1 faizi əsaslı xərclərə, 713,7 milyon manatı və ya 3,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin funksional təsnifatına görə səhiyyə xərcləri 106,8 faiz icra edilməklə 1214,0 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 118,2 faiz icra edilməklə 3214,1 milyon manat, təhsil xərcləri 97,6 faiz icra edilməklə 2709,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 91,9 faiz icra edilməklə 2486,3 milyon manat, kənd təsərrüfatı xərcləri 89,4 faiz icra edilməklə 676,9 milyon manat, iqtisadi fəaliyyət xərcləri 108,6 faiz icra edilməklə 6431,5 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 91,3 faiz icra edilməklə 3468,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 98,2 faiz icra edilməklə 1753,0 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 88,0 faiz icra edilməklə 305,3 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 86,5 faiz icra edilməklə 202,4 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 82,9 faiz icra edilməklə 181,7 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 85,2 faiz icra edilərək 571,3 milyon manat təşkil edib.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3741 milyon manat məbləğində (2022-ci ilin eyni dövrü ilə müqayisədə 1579,1 milyon manat və ya 1,7 dəfə çox) maliyyələşdirmə aparılmışdır ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 77,9 faizinə bərabərdir.

Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1588,5 milyon manat məbləğində maliyyələşdirilmə həyata keçirilmişdir ki, bu da dövlət büdcəsində həmin məqsəd üçün nəzərdə tutulmuş illikxərclərin 59,7 faizini təşkil edir.


metbuat.az.