7 okt 2023 19:33
İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti bazar günü, oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Qurion hava limanına və oradan geri istiqamətində bütün reyslərini ləğv edir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildiriblər.
Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
Təl-Əvivə bilet alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.
Dəyişikliklər barədə məlumat almaq üçün sərnişinlərə aviaşirkətin callcenter@azal.az elektron ünvanına müraciət etmələri tövsiyə olunur.
Aviaşirkət hazırda Tel-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.
Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.