3 okt 2023 14:05
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır.
Metbuat.az xəbər verir ki, bu barədə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.
“Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransanın Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır”, - S.Məmmədov əlavə edib.