METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan maye qaz ixracını 23%-dək azaldıb

13 okt 2023 17:30

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 22,9% azdır.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, həcmlərin artımına baxmayaraq hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 89,4% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.


metbuat.az.