METBUAT.AZ

İdman

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

26 okt 2023 18:12

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.

Metbuat.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu yığma 1155.91 xalla 120-ci sırada qərarlaşıb.

Komanda son olaraq AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya uduzub - 0:1.

Son dünya çempionu Argentina 1861,29 xalla liderdir. Fransa (1853,11) ikinci, Braziliya (1812.2) üçüncüdür. Türkiyə yığması isə 1498,5 xalla 38-ci mövqedə qərarlaşıb.


metbuat.az.