16 okt 2023 18:57
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4,9 mln. ton neft emal edilib, bu da illik müqayisədə 8,9% çoxdur.
Metbuat.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4,5 mln. ton neft emal edilib.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.