16 okt 2023 13:44
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 80 milyon manatı və yaxud 0,2 %-i xarici yardımların payına düşəcək.
Metbuat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,5 % azdır.
Xarici yardımlarla bağlı xərcləri ümumi dövlət xidməti xərclərinin 1,7 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.