13 okt 2023 15:26
Mina qurbanlarının sayı 333 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb.
Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır",- paylaşımda qeyd olunub.