8 okt 2023 18:46
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.
Metbuat.az xəbər verir ki, XİN bununla bağlı "X" hesabında paylaşım edib:
"Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır", - deyə XİN-dən bildirilib.