1 okt 2023 16:30
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilmiş terror aktını kəskin şəkildə pisləyib.
Metbuat.az xəbər verir ki, nazirliyin X səhifəsindəki paylaşımında bildirilib: “Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik”.