17 okt 2023 09:28
Faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, oktyabrın 17-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb.
Düşən yağıntının miqdarı Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Xaltan, Göyçay, Beyləqan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şahdağda qar örtüyü 2 sm olub.
Qrız, Göygöl, Şamaxı, Lerikdə duman müşahidə olunub.
Qərb küləyi arabir Naxçıvanda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlvəzdə 16 m/s-dək güclənib.