METBUAT.AZ

Ölkə

Azərbaycanda bu şəxslərlə bağlı yeni cəza

23 okt 2023 11:15

Azərbaycanda yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb edənlər, o cümlədən, öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən valideynlər cəzalandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə məsələ “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna dəyişiklikdə əks olunub.

Dəyişikliyə əsasən, qanunda “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilir.

Qanunun hazırkı maddəsində (17.2.2) qeyd edilir ki, yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər.

Dəyişikliklər Milli Məclisin Elm və təhsil komitəsində müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.


metbuat.az.