20 okt 2023 15:07
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 3 743,45 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 1,46% çoxdur.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə ölkədə 3 689,61 min ton qaz kondensatı istehsal edilib.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 3 721,18 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 1,52% çoxdur.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 3 665,33 min ton səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycan 5 019,33 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 6,04% azdır. Hesabat dövründə ölkədə istehsal edilən qaz kondensatın 4 987,89 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,3% azdır.