21 okt 2023 15:56
Emal sənayesində bu ilin yanvar-sentyabr aylarında 13243,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 25,7%, qida məhsullarının istehsalında 10,8%, tütün məmulatlarının istehsalında isə 4,6% artım müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 42,2%, unlu qənnadı məmulatlarının istehsalı 24,6%, siqaret istehsalı 14%, meyvə-tərəvəz konservlərinin istehsalı isə 1,6 % artıb.