20 okt 2023 11:30
Sentyabrın 19-20-də Azərbaycanın Qarabağdakı separatçılara qarşı keçirdiyi antiterror tədbirləri zamanı ölkədə girişi məhdudlaşdırılan "TikTok"la bağlı qərar hələ də qüvvədədir.
Metbuat.az xəbər verir ki, bir aydır ki, bu sosial şəbəkə platformasına giriş məhdudlaşdırılsa da, istifadəçilər VPN istifadə edərək "TikTok"a daxil olur. Nəzərə alsaq ki, "TikTok"unAzərbaycanda kifayət qədər izləyici kütləsi var, bu da VPN isitfadə edənlərin sayının artmasına gətirib çıxarır. VPN-lər isə vətəndaşların təhlükəsizliyi üçün əlavə təhdidlərdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) qərarın nə vaxtdan qüvvəyə düşəcəyi ilə bağlı hər hansı məumat vermir. Nazirlikdən sorğumuza cavab olaarq bildirilib ki, qərarda hər hansı dəyişiklik yoxdur: "Məhdudiyyətin aradan qaldırılması barədə qərarda hər hansı dəyişiklik olacağı halda ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək".
Məlumat üçün bildirək ki, ölkəmizdə ən çox istifadə olunan riskli VPN proqramlarına "Psiphon", "NordVPN", "Hotspot Shield", "Turbo VPN", "TouchVPN", "Speedify" və digərləri daxildir.
Gülər Seymurqızı