METBUAT.AZ

Ölkə

Azərbaycanda xarici sənədlərlə bağlı yeni xidmət yaradıldı

10 okt 2023 16:28

Azərbaycanda xarici sənədlərin məsafədən tərcüməsi xidməti yaradılıb.

Metbuat.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

İdarə rəisi qeyd edib ki, ölkəmizdə investisiya mühitinin əlverişliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən xarici sənədlərin məsafədən tərcümə edilməsi və notariat qaydasında rəsmiləşdirilərək aidiyyəti orqana təqdim edilməsi elektron xidməti hazırlanıb və yaxın vaxtlarda istifadəyə veriləcək.


metbuat.az.