24 okt 2023 17:57
Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 530,5 milyon manat təşkil edib.
Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 4,3 % çoxdur.
Bankların aktivlərinin 20 milyard 987,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 16,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,2 %-dən 46,1 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 3,3 % artaraq 39 milyard 539,1 milyon manata, o cümlədən depozit portfeli 2,6 % artaraq 32 milyard 174,2 milyon manata çatıb. Bunun 12 milyard 418,4 milyon manatı fiziki, 19 milyard 755,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13 % çox, şirkətlərin banklardakı vəsaitləri isə 3,1 % azalıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,5 dəfə azalaraq 107,7 milyon manat olub.
Sektorun balans kapitalı isə 12,1 % artaraq 5 milyard 991,4 milyon manat təşkil edib.