METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın Belarusla ticarət dövriyyəsinin həcmi 218 milyon dolları ötüb

9 okt 2023 17:07

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 218 milyon 349,5 min dollar təşkil edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% və ya 34 milyon 616 min dollar artıb. 2022-ci ilin ilk 8 ayında Azərbaycanla Belarusun ticarət dövriyyəsinin həcmi 183 milyon 732 min dollar təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın həcmi 4 dəfə azalaraq 19 milyon 859 min dollara, Azərbaycanın Belarusdan idxalı isə 93.8% artaraq 198 milyon 490 min dollara bərabər olub.

Əlavə edək ki, bu dövrdə Azərbaycanla Belarusun ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0.60%-ni təşkil edib.


metbuat.az.