14 okt 2023 12:07
Gələn il beynəlxalq münasibətlər və xarici yardımlara ayrılacaq vəsait məlum olub.
Metbuat.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2024-cü ildə beynəlxalq münasibətlərə 445 500 000,0 manat, xarici yardımlara isə 80 000 000,0 manat ayrılması proqnozlaşdırılır.