METBUAT.AZ

Siyasət

Azərbaycanın sədrliyi ilə İƏT rəsmilərinin görüşü

9 okt 2023 17:18

Oktyabrın 9-da Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.

XİN-dən Metbuat.az-a verilən xəbərə görə, görüş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub.

Görüş zamanı, 10 oktyabr 2023-cü il tarixində Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.


metbuat.az.