METBUAT.AZ

Hadisə

Bakıda baş həkim

23 okt 2023 17:22

Bakıda "Yaşam Tibb" Mərkəzinin baş həkimi, kardioloq, professor Ceyhun Hacıyev çalışdığı xəstəxanın qarşısında qaynı tərəfindən döyülüb.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsi, 112-i ünvanında baş verib.

Olaya səbəb Ceyhun Hacıyevin mərhum həyat yoldaşı Zenfira Hacıyevanın adına rəsmiləşmiş Şamaxıdakı mənzil olub. Zenfira Hacıyevanın qardaşı Sahib bacısının vəfatından əvvəl onun adına 45 min manat kredit götürüb. Əvəzində Şamaxıdakı evi bacısının adına keçirib. Zenfira Hacıyevanın vəfatından sonra Ceyhun Hacıyev kreditdən xəbər tutub və evi qızı Leylanın adına rəsmiləşdirib.


metbuat.az.