METBUAT.AZ

Ölkə

Bakının Baş Planı təsdiq üçün Nazirlər Kabinetinə

2 okt 2023 14:14

Bakı şəhərinin Baş Planı hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib.

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bir sıra dövlət qurumlar da bu məsələyə cavabdehlik daşıyır. Bundan başqa, Komitənin tabeliyində Şəhərsalma və Memarlıq Baş İdarəsi tikintiyə icazə prosesini təşkil edir. Tikinti başa çatdıqda isə onun istismarına icazə verir. Artıq tikinti zamanı FHN, yerli icra hakimiyyətlərinin və digər qurumların dəstəyi ilə tikinti prosesinin özünə nəzarət olunur. Bütün layihələrdə ictimai ərazilər dəqiqliklə planlaşdırılır, müvafiq məsafələr saxlanılır. İstər piyada səkiləri, istər digər ərazilərə xüsusi məsafə saxlanılır və yerli icra hakimiyyəti orqanları buna nəzarət edir", - o əlavə edib.


metbuat.az.