METBUAT.AZ

Ölkə

Bank sektorunda xanım əməkdaşların payı ortalama

3 okt 2023 13:42

Ümumi olaraq Azərbaycanda bank sektorunda xanım əməkdaşların payı ortalama 38%, yuxarı və orta idarəetmə səviyyələrində isə müvafiq olaraq ortalama 11% və 17% olub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi “Dayanıqlı Maliyyə üzrə Sorğu” nəticələrində bildirilib.

Qeyd edək ki, sorğu nəticələrinə görə bank sektorunda fiziki qüsurlu əməkdaşların payı ortalama 1.5% təşkil edir. Yaş qrupları üzrə paylanmaya baxdıqda 71% əməkdaşların 21-40 yaş aralığında olduğu görünür.


metbuat.az.