METBUAT.AZ

İqtisadiyyat

Bankların dollar tələbi

26 okt 2023 12:39

26 oktyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

Metbuat.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 50.5 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 2.2 dəfə çoxdur. Belə ki, 24 oktyabrda keçirilən valyuta hərracında banklar 23.4 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


metbuat.az.