METBUAT.AZ

İqtisadiyyat

Bankların dollar tələbi 54 milyonu ötüb

3 okt 2023 14:00

3 oktyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

Metbuat.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 54.1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 84% çoxdur. Belə ki, 28 sentyabrda keçirilən valyuta hərracında banklar 29.4 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


metbuat.az.