27 okt 2023 12:52
Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması təsdiq edilib.
Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qaydaya əsasən, Məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, “Baytarlıq haqqında” qanuna əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. Sertifıkatlaşdırılma prosedurları Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Sertifikatın alınması üçün ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət olunmalıdır.
İxrac edilən məhsullara sertifikat verilərkən təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda ixrac edilən məhsul partiyasından nümunələr götürülərək, akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır. Nümunələrin laboratoriya tərəfindən tədqiqi (sınağı) ilə bağlı xərclər ərizəçinin vəsaiti hesabına ödənilir. Nümunələrin tədqiqi (sınağı) ərizəçinin seçiminə uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda və ya Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laborato riyalarında həyata keçirilir. Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir. Məhsulların laboratoriyalar tərəfindən 7 (yeddi) iş günü ərzində tədqiqi (sınağı) aparılaraq nəticəsi Agentliyə təqdim edilir. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) iş günündən çox olmayan müddətə uzadıla bilər və qeyd olunan müddət sertifikatın verilməsi ilə bağlı göstərilən müddətə daxil edilmir. İdxalçı ölkələr tələb etdiyi halda laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokol sertifikata əlavə olunur. Protokolun sertifikata əlavə olunması üçün ödəniş tələb edilmir. Sertifikatın verilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi, sertifikatın dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, ləğv edilməsi qaydaları 7 (yeddi) iş günündən gec olmayaraq verilir.
Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:
- “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilmiş hallarda;
- məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda;
- məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda.
Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Sertifikat unikal (təkrarlanmayan) elektron qaydada verilən eyniləşdirmə nömrəsinə malik olmaqla aşağıdakı tələblərə cavab verməlidir:
- daxil edilmiş məlumatlar düzgün olmalıdır;
- imzalayan şəxsi və sənədin verilmə tarixini müəyyən- ləşdirməyə imkan verməlidir;
- istinad olunan rəsmi tələbləri dəqiq ehtiva etməlidir.
Sertifikat ərizəçiyə kağız və elektron formada verilir. Sertifikatın kağız nüsxəsi hazırlanır və sənədin əsli Agentliyin səlahiyyətli şəxsi tərəfindən imzalanıb möhürlənərək ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sertifikat Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində verilir. Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, sertifikat qüvvədən düşmüş sayılır. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız sertifikatda göstərilən məhsul partiyası üçün istifadə edə bilər. İxrac zamanı məhsul sertifikatla müşayiət olunur.
“Qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi Qaydası və forması”na
əlavə
Ünvanı/Address: | Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sağlamlıq Sertifikatı Food Safety Agency of the Republic of Azerbaijan Health Certificate (ixrac / export) | ||||||||||
İxracatçı ölkə / Exporter country | |||||||||||
1. İxracatçı barədə məlumat: (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) / Exporter: (name of the legal entity, legal address, surname, name, patronymic of the individual entrepreneur, location and code of the taxpayer) | 2. Sertifikatın nömrəsi və verilmə tarixi: / Number and Issue Date of the Certificate: | ||||||||||
3. İxracatçının qeydiyyatına (təsdiqinə) dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın nömrəsi: / Food Safety Registration (Approval) Number of Exporter: | 4. Mənşə ölkəsi: / Country of Origin: İSO Kodu / ISO Code: | ||||||||||
5. Təyinat ölkəsi: / Country of Destination: İSO Kodu / ISO Code: | 6. İdxalçının (qəbul edənin) adı və ünvanı: / Name and Address of the Importer: | ||||||||||
7. Yükün çəkisi: / Total weight of consignment: | 8. Qablaşdırmanın ümumi sayı: / Total Number of Packages: | ||||||||||
7.1. xalis çəki: / Net Weight: | 7.2. qablaşdırma çəkisi: / Brutto Weight: | ||||||||||
9. Yüklənmə yeri: / Place of Loading: | 10. Nəqliyyat vasitəsi: / Means of Transport: | ||||||||||
11. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı: / Identification Number of transport: | 12. Məhsulun daşınması zamanı saxlanma şəraiti: / Conditions of Storage while transport: | ||||||||||
Məhsul haqqında məlumat / Information about product | |||||||||||
13. Məhsulun | 14. İstehsalçı | 15. Partiyanın | 16. Qablaşdırma | 17. Qablaşdırma | 18. Xalis | 19. Qablaşdırma | 20. İstehsal | 21. Son | 22. Yararlılıq | ||
adı / Name of | müəssisənin | nömrəsi | növü / Type of | sayı / The | çəki / Net | çəkisi / Brutto | tarixi | istifadə tarixi | müddəti | ||
the Product: | adı və ünvanı | / Lot Number: | Packaging: | Number of | Weight: | Weight: | / Production | / Expiration | / Shelf life | ||
/ Name and | Packaging: | Date: | Date: | (month): | |||||||
Address of | |||||||||||
the Producer: | |||||||||||
Bu Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, Sertifikat qüvvədən düşmüş sayılır. / The validity period of the certificate is one month, not exceeding the shelf life of the product, and if the products are not exported within this period, the certificate is considered invalid. Bu Sertifikat təsdiq edir ki, yuxarıda göstərilən məhsul təhlükəsizlik və minimum keyfiyyət tələblərinə QR kod uyğundur. / This is to certify that the product lot described above complies with the minimum quality and safety requirements. | |||||||||||
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi. / Authorised Representative of the Food Safety Agency of the Republic of Azerbaijan. | İmza / Signature | Möhür / Stamp | |||||||||