5 okt 2023 15:02
İtaliyadakı “Ristorante La Rotonda” restoranında toy edən cütlük inanılmaz əməl törədib.
Metbuat.az xəbər verir ki, cütlük 80 qonağın qatıldığı toy yeməyindən sonra hesabı ödəməyiblər. Məlumata görə, Moreno Priorietti və Andrae Svenja cütlüyü möhtəşəm toydan sonra hesabı ödəmədən ölkədən qaçıblar.Hesabla bağlı mübahisə olduğunu düşünməyən restoran sahibi toydan sonra günün sonuna qədər gözləsə də, cütlüklə əlaqə saxlaya bilməyib. Cütlüyün Roma üzərindən Almaniyaya uçduğu məlum olub.
Restoran rəhbərliyi cütlüklə cəmi 8800 avro üçün razılaşdıqlarını və bu ödənişə yemək, içki və bəzək kimi əlavələrin daxil olduğunu qeyd edib. Polis cütlüyü axtarır.