METBUAT.AZ

Hərbi

Bir qrup hərbçi mükafatlandırıldı -

24 okt 2023 15:44

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler digər qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüblər.

Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumilikdə, təlimin gedişatını yüksək qiymətləndirən müdafiə nazirləri hər iki qardaş ölkənin təlimdə fərqlənən hərbi qulluqçularına qiymətli hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi 25 oktyabr tarixində başa çatacaq.


metbuat.az.