METBUAT.AZ

Siyasət

"Britaniya üçün Azərbaycanda təhsil həmişə prioritet olub" -

27 okt 2023 13:02

"Böyük Britaniya üçün Azərbaycanda təhsil həmişə prioritet olub".

Metbuat.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" hesabında yazıb.

Diplomat Britaniya təhsil şirkəti olan "British Council"ın Azərbaycandakı fəaliyyətinin 30 ilinin tamam olduğunu xatırladıb.

F.Auld bildirib ki, qurum Böyük Britaniya-Azərbaycan əlaqələrində mühüm rol oynayıb və oynayır:

"30 il əvvəl Bakının mərkəzində, İçərişəhərdə "British Council"ın ilk ofisi və Tədris Mərkəzi açıldı. Həmin vaxt Azərbaycan Prezident Heydər Əliyev və Britaniyanın Baş naziri Con Meycor Azərbaycanda "British Council"ın əsasını qoyan ikitərəfli müqaviləni imzaladılar və əsaslı tərəfdaşlığa başladılar. Son 30 ildə "British Council" yüz minlərlə istedadlı azərbaycanlı gəncə xidmət göstərib, onlara ingilis dilini öyrənməyə, yeni karyera qapılarını açan imtahanlarda iştirak etməyə kömək edib.

Böyük Britaniyada təhsil almaq üşün dəstək və hətta təqaüd təqdim edib. "British Council" bütün ölkədə yaşayan azərbaycanlıların qəlbində xüsusi yer tutub. Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərdiyim ilk ildə mən "British Council"da xoş xatirələri və həyatı dəyişdirən təcrübələri olan çoxlu insanlarla görüşdüm, nazirlərdən tutmuş biznes adamlarına, akademiklərdən mütəxəssislərə qədər. "British Council" Azərbaycan yubileyiniz mübarək!".


metbuat.az.