METBUAT.AZ

Texnologiya

Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır -

25 okt 2023 12:24

“Android” smartfonlarından bank məlumatlarını oğurlayan yeni proqramlar aşkar edilib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu proqramlar şəxsi məlumatlarla yanaşı, bank məlumatlarını da əhatə edir.

Mütəxəssislər aşkar edilən yeni tətbiqlərin siyahısını paylaşıblar.

1) X-File Manager;

2) FileVoyager;

3) Phone AID, Cleaner Booster;

4) LiteCleaner M.

Eyni şəkildə, ötən aylarda bank məlumatlarını oğurlayan proqramlar bunlardır.

1) Codice Fiscale 2022;

2) File Manager Small, Lite;

3) Recover Audio, Images & Videos;

4) Zetter Authentication;

5) My Finances Tracker.

Son olaraq aşağıdakı proqramların telefonlardan silinməli olduğu bildirilir. Çünki şəxsi məlumatları oğurlamağa və gizli reklam fəaliyyətləri yaratmağa çalışır.

1) Bluetooth Auto Connect;

2) Bluetooth App Sender;

3) Driver: Bluetooth, Wi-Fi, US;

4) Mobile transfer: smart switch.


metbuat.az.