3 okt 2023 09:53
Bu gün Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 03 oktyabr 2023-cü il tarixində gün ərzində Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.