METBUAT.AZ

Ölkə

Bu il Azərbaycanda mənzillər 10%-dən çox

12 okt 2023 12:02

2023-cü ilin III rübündə mənzil bazarında qiymətlər 2022-ci ilin III rübünə nisbətən, 10.1% bahalaşıb. Cari ilin III rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.8%, təkrar mənzil bazarında qiymətlər isə 10.1% artıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 2,8%, o cümlədən ilkin mənzil bazarı üzrə 1,8%, təkrar mənzil bazarı üzrə 2,8 % bahalaşıb.


metbuat.az.