METBUAT.AZ

Sosial

Bu il neçə nəfərə əlillik verilib? -

23 okt 2023 11:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında 36,9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, onlardan 18,2 mininə ilkin, 18,7 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Qeyd olunan dövrdə agentliyin reabilitasiya müəssisələrində 60 min şəxsə reabilitasiya xidmətləri göstərilib.


metbuat.az.