22 okt 2023 14:08
Nepalın cənubunda 5,2 maqnitudalı zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Bxaratpur yaşayış məntəqəsindən 35 km şimal-şərqdə, 35 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.