METBUAT.AZ

Sağlamlıq

Bu orqandakı xəstəliklər qəfil ölüm riskini

20 okt 2023 04:03

Qəfil ölüm olmur, qəfil ölüm orqanizmdə müalicə olunmayan problemlərin qəfil yaratdığı ağırlaşmadır.

Məsələn, böyrəklərin xroniki xəstəlikləri ürəyin qəfildən dayanmasına səbəb ola bilər.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, amerikan alimləri bu barədə elmi tədqiqat aparıb və bu qənaətə gəliblər ki, ifrazat orqanları ilə əlaqəli problemlər orqanizmdə qan dövranının kəsilməsini 7 dəfə artırır.

Alimlər 295 könüllü üzərində tədqiqat aparıblar, onlar əvvəllər ürək dayanması yaşayıb. Məlum olub ki, onların yarısı böyrək xəstəliklərindən əziyyət çəkir.

Sonrakı təhlillər göstərib ki, risk qrupuna diabetlər, alkoqoliklər, insult və infarkt keçirmiş adamlar aiddir.

Nəticədə yazılır: Sübut olunub ki, ürəyin dayanması ilə böyrək xəstəlikləri ilə sıx bağlıdır. Ona görə də böyrək xəstəliklərini vaxtında müalicə etmək ürək-damar xəstəliklərinin profilaktikası üçün vacibdir və qəfil ölüm riskini azaldır.

Böyrək problemi olduğunu beldə ağrı, qarının aşağısı və qasıqda arada tutan, yayılan ağrı, sidiyə getməkdə dəyişiklik, böyrəklərdə daş göstərir.


metbuat.az.