METBUAT.AZ

Gündəm

Bu quruma yeni səlahiyyət verilir -

13 okt 2023 10:11

Mərkəzi Bankın səlahiyyəti artırılır.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə digər maliyyə bazarı iştirakçıları kimi, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorlarının da fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcəkdir.


metbuat.az.