METBUAT.AZ

Ölkə

Bu rayonların 4 min hektara qədər torpaq sahəsi

17 okt 2023 12:05

Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahəsi Sumqayıta verilir.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


metbuat.az.