18 okt 2023 16:02
"Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə - 29 nəfərlə ölkə birincisi olub".
Metbuat.az xəbər verir ki, bu barədə universitetin rektoru Elmar Qasımov məlumat yayıb.
O qeyd edib ki, İlham Əliyevin bu günkü Sərəncamı ilə ölkədə Prezident təqaüdünə layiq görülən 102 nəfərin 29-u Bakı Ali Neft Məktəbinin tələbəsi olub.
"Artıq BANM 4-cü ildir ki, bu göstərici ilə ölkə ali təhsil müəssisələri arasında öz liderliyini qoruyur. Bu gənclər Azərbaycanın intellektual əsgərləridir".