13 okt 2023 10:03
Metbuat.az həftənin son iş günün bürc proqnozunu təqdim edir:
Bu gün Qoçlar diqqətli olmalıdırlar. Hər beyninizdən keçəni dilinizə gətirməyin. Əziz Buğalar, əməkdaşlıq edəcəyiniz insanlarla bağlı bəzi gözləntiləriniz ola bilər.
Əkizlər bürcü üçün gərgin iş günü gözlənilir. Səbrli olun, həftəsonu yaxındadır. Emosional Xərçənglər, bu günlərdə valideyn olmaq haqqında düşüncələriniz güclənə bilər.
Şirlər həftəsonuna yaxın evində dəyişiklik etmək istəyəcəklər. Maddi imkanınız çərçivəsində divarlara əl gəzdirə bilərsiniz. Qız bürcü insanlarla vaxt keçirmək istəsəniz də, şübhələrinizi aradan qaldırmağa cəhd etməlisiniz. Tərəzi bürcləri üçün bu gün maliyyə məsələlərində daha yaxşı nəticələr əldə etmək və standartlarınızı yüksəltmək çətin görünə bilər.
Əqrəblər şəxsi aləmlərinə səyahət edib, fərdi məsələlər və fiziki dəyişikliklər kimi vəziyyətləri gündəmə gətirəcəklər. Oxatanlar isə vazkeçmək barədə qərar qəbul edə bilərlər.
Dolça bürcünü karyerada yüksəliş gözləyir. Sizə yeni vəzifələr verilə bilər.
Həftə ərzində iddialı görünməyə çalışan Oğlaqlar isə duyğularını ifadə etməkdə çətinlik çəkəcəklər. Astroloqlar hər şeyi zamanın öhdəsinə buraxmağın sizlər üçün daha yaxşı olacağı qənaətindədir. Problemli bir münasibətdə və ya işdə həqiqətin nə olduğunu anlamağa çalışmaq daha təsirli olacaq.
Əziz Balıqlar, inanclarınıza uyğun hərəkət edərkən, insanları bu təsir altına almağa məcbur etmədiyinizə əmin olmalısınız. Əks halda sıxıcı və zalım görünə bilərsiniz.
Aidə / Metbuat.az