10 okt 2023 14:44
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliklə bağlı proqnozunu yeniləyib.
Metbuat.az xəbər verir ki, bu barədə Fondun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilib. Hesabata əsasən, Azərbaycanda işsizlik səviyyəsi 2023-cü ildə 5,9% səviyyəsində olacaq. BVF 2024-cü ildə isə ölkədə işsizlik səviyyəsinin 5,8%-ə enəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Fond 2022-ci il üzrə işsizlik səviyyəsini 5,9% proqnozlaşdırmışdı.