9 okt 2023 11:25
Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının hərtərəfli yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur.
Metbuat.az xəbər verir ki, Hərbi prokuror həmçinin vurğulayıb ki, Prezidentin ölkəyə rəhbərlik etdiyi 20 ildə qazanılmış misli görünməmiş uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti də mühüm əhəmiyyət kəsb etməkdədir.