13 okt 2023 16:23
İsrail və HƏMAS arasında qarşıdurmalar davam edərkən, Çindən diqqətçəkən açıqlama gəlib.
Metbuat.az xəbər verir ki, Fələstin məsələsinin Yaxın Şərq probleminin əsasını təşkil etdiyini bildirən Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, fələstinlilərə qarşı ədalətin olmaması problemin əsasını təşkil edir. Çinin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi səfir Canq Cün deyib ki, Çin tərəfi İsrail ilə silahlı qruplar arasında şiddətli toqquşmalardan narahatdır.
Çinin mülki şəxslərə qarşı hər cür zorakılıq və hücumu qınadığını ifadə edən Canq bildirib ki, bütün tərəflər beynəlxalq humanitar hüquqa riayət etməli, mülki şəxsləri və mülki obyektləri məhv etməyə yönəlmiş hücumlardan qaçmalıdır.