20 okt 2023 16:54
Çinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Zhai Jun Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, Çin Yaxın Şərqdə vəziyyətin dərhal sakitləşməsinə və bərpasına töhfə vermək üçün Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Açıqlamada deyilir ki, Çin vəziyyətin gərginləşməsinin qarşısını almağa kömək etmək və Fələstin-İsrail sülh danışıqlarının bərpası üçün Rusiya ilə qarşılıqlı fəaliyyət və koordinasiyanı davam etdirməyə hazırdır. Çin münaqişəni "İki xalq üçün iki dövlət" prinsipi əsasında həllinə çağırıb. Çin rəsmisi bildirib ki, Fələstin-İsrail münaqişəsinin əsas səbəbi Fələstin xalqının qanuni hüquqlarının təmin edilməməsidir.