20 okt 2023 08:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Metbuat.az xəbər verir ki, oktyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 83 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 295 ailə, yəni 1 135 nəfərin daimi məskunlaşması təmin edilib.