METBUAT.AZ

Ölkə

Daha 88 nəfər Füzuliyə

12 okt 2023 09:42

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Metbuat.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.

Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 208 ailənin, yəni 749 nəfərin daimi məskunlaşması təmin ediləcək.


metbuat.az.