METBUAT.AZ

Gündəm

Dünya bazarlarında neftin qiyməti

24 okt 2023 10:25

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,24 dollar artaraq 90,07 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 85,7 dollar təşkil edib.


metbuat.az.