12 okt 2023 13:05
Prezident Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın əlində olan girovların azad edilməsi üçün apardığı danışıqlar nəticə verdi.
Metbuat.az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı “Əl-Qəssam Briqadası” əsir götürdüyü israilli qadını və iki uşağını azad edib. Məlumata görə, HƏMAS-ın saxladığı israilli girovlar üçün hərəkətə keçən Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada HƏMAS rəsmiləri ilə görüşüb.
Ərdoğanın səyi nəticəsində dinc insanlar sərbəst buraxılıb. “Əl-Cəzirə” televiziyası qadının və uşağının sərbəst buraxılmasını əks etdirən görüntüləri dərc edib.
Qeyd edək ki, HƏMAS bundan əvvəl girov götürülən şəxslərin fələstinli əsirlərin sərbəst buraxılması qarşılığında azad ediləcəyini bəyan etmişdi.