METBUAT.AZ

İdman

Dünyaca məşhur məşqçi Ardanın problemini tapdı -

19 okt 2023 16:03

“Real Madrid”də meydanlara qayıtmağa hazırlaşan Arda Gülerin fiziki dayanıqlılıq problemi olduğu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelottinin komandasında olan dünya şöhrətli fitnes məşqçisi Antonio Pintus futbolçunun fiziki cəhətdən yetərli olmadığını müəyyən edib və zədələrə səbəb kimi bunu göstərib. Məlumata görə, gənc ulduzun fiziki cəhətdən zəif olduğunu müəyyən edən Pintus, Arda üçün xüsusi proqram hazırlayıb.

Qeyd edək ki, əzələsindəki zədəsini sağaldan Arda meydana qaytımağa hazırlaşarkən yenidən zədələnmişdi.


metbuat.az.